*777 TAXI

*777 KABİNET

MOBİL TƏTBİQİMİZ

Sürücülər üçün məxfilik siyasəti

QAYDALAR VƏ ŞƏRTLƏR (Sürücülər üçün)

Bundan sonra “Lisenziar” adlandırılacaq, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış, Direktoru Samir Balaxan oğlu Kərimov şəxsində təmsil olunan “CALL CENTER” QAPALI SƏHMDAR CƏMİYYƏTİ (VÖEN: 1801004181) bəyan edir ki, Lisenziarın “777 taxi” rəsmi veb-saytında (https://www.777taxi.az/) yerləşdirilmiş Təklifə razılıq (Aksept) verən və Qaydalar və Şərtlərdən irəli gələn tələblərə cavab verən istənilən şəxslə (bundan sonra “Partnyor”və ya “Lisenziat”) Qaydalar və Şərtlərin qəbul edərək Oferta təklifini qəbul etmiş və aşağıdakı Müqaviləni imzalamış hesab ediləcək. Lisenziyar və Lisenziat (Partnyor) bundan sonra ayrılıqda “Tərəf”, birlikdə “Tərəflər” adlandırılacaq. Tərəflər arasındakı münasibətləri tənzimləyən Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi qüvvəyə malikdir və tərəflərin iştirakı və ya əl ilə imzaladıqlarına bərabər tutulur. Davranış Qaydaları və Cərimələr cədvəli Müqavilənin ayrılmaz tərkib hissəsidir. Partnyor Müqaviləyə Aksept verməklə, həmçinin Sürücünün Davranış Qaydaları və Lisenziarın tətbiq etdiyi Cərimələrlər razılaşır. Qaydalar və Şərtlərə edilən əlavə və dəyişikliklər Tərəflərin imzası və ya aksepti ilə təsdiqləndikdən sonra Müqavilə ilə eyni hüquqi qüvvəyə malikdirlər. Əgər Partnyor Müqavilənin hər hansı bəndi ilə razı deyilsə və ya Müqavilənin tələblərinə cavab vermirsə, Təklifin qəbulundan (Akseptindən) və qeydiyyatdan imtina etməlidir. Təklifin Aksepti Partnyorun Müqavilənin bütün şərtləri ilə tam razılığı və tələblərə cavab verdiyi deməkdir. TERMİNLƏR VƏ ƏSAS ANLAYIŞLAR Aksept - Təklifin tam və qeyd-şərtsiz qəbulu. Təklifin qəbulu Təklifdə müəyyən edilmiş şərtlərlə Müqavilənin bağlanması deməkdir. 1.2. Lisenziar – özünə aid olan “Taxi Baku Driver” mobil əlavəsinin Xidməti vasitəsi ilə İstifadəçinin və Lisenziatın (Partnyorun) qarşılıqlı əlaqəsinin qurulmasını təmin edən vasitəçi. 1.3. Partnyor və ya Lisenziat – Qaydalar və Şərtləri qəbul edən, nəqliyyat vasitəsini idarəetmə hüququna və qabiliyyətinə malik olan fiziki şəxs. 1.4. Xidmət – sərnişin və yük daşıması sahəsində şəxsi hesaba malik şəxslərə tətbiqdən istifadə hüququ verilməsini nəzərdə tutulan Taxi Baku Driver mobil tətbiqi. 1.5. İstifadəçi və ya Müştəri –Xidmətdən istifadə hüququ əsasında Xidmət üzərindən və ya Lisenziarın Çağrı Mərkəzi vasitəsilə sərnişin və yük daşınması xidmətindən yararlanmaq niyyətində olan fiziki şəxs. 1.6. Sorğu – İstifadəçi tərəfindən sərnişin və yük daşınmasına dair Xidmət üzərindən yerləşdirilən sifariş. 1.7. Qeydiyyat – Lisenziara məxsus olan “189 Taxi” rəsmi veb-saytı (https://www.189taxi.az/)və ya Taxi Baku Driver mobil[FV2] tətbiqində yerləşdirilən, sürücünün Xidmətə giriş üçün loqin və şifrənin təyin olunmasını nəzərdə tutan, yerinə yetirilməli əməliyyatlar toplusudur. 1.8. Şəxsi hesab — Partnyor qeydiyyatdan keçdikdən sonra Xidmət üzərindən açılmış, Partnyora aid və Lisenziarın ləğv etmək və ya yenisi ilə əvəz etmək hüququ olan hesab. Şəxsi hesab unikal nömrəyə malikdir və Lisenziarın mülkiyyətindədir. 1.9. Şəxsi hesabın balansı — Şəxsi hesaba mədaxil və məxaric olan pul məbləğlər və onalrın arasındakı fərq. 1.10. Davranış Qaydaları və Cərimələr Cədvəli – Xidmət üzərində yerləşdirilən və İstifadəçilər üçün göstəriləcək xidmətin yüksək keyfiyyətli olmasına yönəldilmiş, Lisenziar tərəfindən müəyyənləşdirilmiş davranış qaydaları və həmin qaydaların pozulmasına görə cərimə məbləğlərini özündə əks etdirən məlumat. Davranış Qaydaları və Cərimələr Cədvəli dəyişdikdə, bununla bağlı Xidmət üzərindən Partnyora bildiriş göndərilir. MÜQAVİLƏNİN PREDMETİ 2.1. Lisenziat (Partnyor) Lisenziara məxsus Xidmətdə qeydiyyatdan keçərək və Sorğu yerləşdirən İstifadəçilərin Sorğularını Xidmət üzərindən Təsdiq edərək sərnişin və yükdaşıma xidmətləri göstərir, və bunun müqabilində Lisenziara lisenziya haqqı ödəyir. 2.2. Lisenziar həmçinin İstifadəçilərin təsdiq edilmiş Sorğuları üzrə Partnyorun yerinə yetirdiyi xidmətlərlə bağlı nağdsız ödənişləri və bonusları qəbul etməyi və müəyyən lisenziya haqqı çıxmaqla, həmin ödənişləri Partnyorun şəxsi hesabına ötürür. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 3.1. Lisenziarın hüquqları: 3.1.1. Müqavilədən, Davranış Qaydaları və Cərimələr Cədvəlindən irəli gələn vəzifə və öhdəliklərin yerinə yetirilməsini Partnyordan tələb etmək; 3.1.2. Sorğuların icrası üçün nəzərdə tutulmuş Lisenziya haqlarında dəyişikliklər etmək; 3.1.3. İstifadəçilərin xeyrinə endirim və digər kampaniyalar həyata keçirmək və bununla bağlı, əvvəlcədən müəyyənləşdirilmiş tariflərdə dəyişikliklər etmək; 3.1.4. Müqavilədən irəli gələn hallarda, Partnyorun Xidmətdən istifadə etmə hüququnu məhdudlaşdırmaq və ya ləğv etmək; 3.1.5. Müqaviləyə birtərəfli dəyişikliklər etdikdə Partnyorun Aksepti üçün ona təqdim etmək; 3.1.6. Göstərilən xidmətlərin keyfiyyətinə daxili nəzarət olunması məqsədilə Partnyorla telefon danışıqların yazılmasını həyata keçirmək; 3.1.7. Proqram təminatına dəyişikliklərin edilməsi və texniki xidmət göstərilməsi üzrə reqlament işlərini həyata keçirmək. 3.1.8. İstifadəçinin əmlakı Partnyorun avtomobilinin salonunda unudulduğu təqdirdə, unudulmuş əmlakın qaytarılmasını təmin etmək üçün İstifadəçiyə Partnyorun əlaqə telefonunu təqdim etmək; 3.1.9. İstifadəçilərdən Təsdiq edilmiş Sorğuların yerinə yetirilməsi üçün nağdsız ödənişlərin və belə Sorğularla əlaqədar olduğu halda, İstifadəçi tərəfindən Partnyora ödənilməli olan digər nağdsız ödənişlərin alınması ilə əlaqədar praktik tədbirləri Partnyor adından və onun hesabına həyata keçirmək; 3.1.10. Nağdsız ödəniş edildiyi halda İstifadəçi və Partnyora nağdsız ödənişi təsdiq edən məlumatı (ödənişin təsdiqi) vermək; 3.1.11. İstifadəçilərin Xidmətdən istifadə zamanı yaranan texniki çətinliklərlə bağlı, həmçinin nağdsız ödəniş yolu ilə Partyorun Xidmət üzərindən Təsdiq edilmiş Sorğu əsasında göstərdiyi sərnişin və yük daşımaları ilə bağlı şikayətlərini nəzərdən keçirmək və müvafiq tədbirlər həyata keçirmək; 3.1.12. Xidmət üzərindən yerləşdirilmiş Davranış Qaydaları və Cərimələr Cədvəlinə əsasən müvafiq cərimə(lər) tətbiq etmək; 3.1.13. Mübahisələrin həll olunması məqsədi ilə Lisenziar Partnyor və İstifadəçi arasında vasitəçi kimi çıxış etmək hüququna malikdir 3.2. Lisenziarın vəzifələri: 3.2.1. Xidmətdən istifadə etmək üçün lazım olan mobil tədbiqindən istifadə hüququnu Lisenziata təqdim etmək; 3.2.2. Proqram təminatına dəyişikliklərin edilməsi və texniki xidmət üzrə reqlament işlərinin görülməsi və həmçinin Lisenziarın ixtiyarında olmayan texniki nasazlıqların yaranması halları istisna olmaqla, Xidmətin maneəsiz işləməsini və fasiləsizliyini təmin etmək; 3.2.3. Partnyora aid, onun hesabına mədaxil və məxaric olunan ödənişləri onun şəxsi hesabında əks etdirmək; 3.2.4. Partnyor tərəfindən təqdim edilən məlumatın qorunmasını və onların digər şəxslər tərəfindən icazəsiz əldə olunması cəhdlərini, tərəflərin hüquqi münasibətlərinə bilavasitə aid olmayan şəxslərə onun verilməsini vaxtında aşkarlamaq və qarşısını almaq. 3.3. Lisenziatın hüquqları: 3.3.1. Lisenziardan Müqaviləyə və Xidmətdən istifadə qaydalarına uyğun olaraq, lazımi keyfiyyətdə Xidmətdən istifadə etmək hüququnu tələb etmək; 3.3.2. Sorğunun icrası üçün nəzərdə tutulmuş məbləğ ilə razı olmadığı təqdirdə, onun icrasından Cərimə Cədvəlini tədbiqi əsasında imtina etmək; 3.4. Lisenziatın vəzifələri: 3.4.1. İstifadəçi tərəfindən verilmiş və Təsdiq olunmuş Sorğunu Sorğunun şərtlərinə uyğun olaraq icra etmək; 3.4.2. Lisenziarla razılaşdırılmış məbləğdə Xidmətdən istifadə etmək imkanının təmin edilməsinə görə Təsdiq edilmiş Sorğunun icrasından əldə edilmiş pul məbləğindən lisenziya haqqını ödəmək; 3.4.3. Müqavilənin ayrılmaz tərkib hissəsi olan Davranış Qaydaları və Cərimələr Cədvəlinə uyğun olaraq xidmət göstərmək və qaydaları pozduğu halda müvafiq cərimə ödəmək. 3.4.4. Nəzərdə tutulan sərnişin və yük daşımasını həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə cavab vermək; 3.4.5. Sərnişin daşıma ilə bağlı Azərbaycan Respublikasının vergi qanunericiliyinə əsasən üzərinə düşən ödənişləri etmək; 3.4.6. Təsdiq edilmiş Sorğunun yerinə yetirilməsini mümkünsüz edən hallar baş verdikdə, dərhal bu barədə Lisenziara Xidmət üzərindən və ya telefon vasitəsilə məlumat vermək; 3.4.4. Lisenziarın təsdiq etdiyi 189 Taxi® əmtəə nişanına aid sərnişin və yükdaşıma xidmətləri standartlarına uyğun xidmət göstərmək. HESABLAŞMA QAYDALARI 4.1. Tərəflər razılaşır ki, Xidmət üzərindən Sərnişinlərin və yüklərin daşınması üzrə tariflər Xidmət tərəfindən avtomatlaşdırılmış şəkildə hesablanır və onlar Partnyor tərəfindən dəyişdirilə bilməz. 4.2. Sorğunun icrası üçün nəzərdə tutulmuş haqqın məbləği Partnyorun Xidmət üzərindən Sorğunu icra etmək üçün ilkin ünvana gəldikdə (təsdiq etdiyində) qeyd olunur. 4.3. İstifadəçi və Partnyor arasında nağdsız hesablaşmalar həyata keçirilərkən Lisenziar pul vəsaitlərinin qəbul edilməsi və onların Partnyorun şəxsi hesabına köçürülməsi hissəsində Partnyorun adından fəaliyyət göstərən Partnyorun agenti qismində kimi çıxış edir. 4.4. Lisenziya haqqının ödənilməsi qabaqcadan Partnyor tərəfindən ona məxsus şəxsi hesaba Lisenziarın müəyyən etdiyi minimum məbləğdə pul vəsaitlərinin şəxsi hesaba mədaxil edilməsi yolu ilə həyata keçirilir. 4.5. Sorğuların icrası zamanı nağdsız hesablaşmalara görə Lisenziar Partnyorun şəxsi hesabındakı məbləğdən əvvəlcədən müəyyən edilmiş və Sorğunun icrası üçün hesablanmış haqqın 20% dəyərində lisenziya haqqı tutmaları həyata keçirir. 4.6. Lisenziar Sorğunun icrası ilə bağlı marşrutu, qiyməti, endirim və ya digər kampaniyaları nəzərə almaqla, nağd hesablaşmalara görə, Sorğunun icrası üçün hesablanmış haqqın 10%-25% dəyərində şəxsi hesabdan lisenziya haqqı tutur. Endirim və kampaniyalarla bağlı Partnyor Xidmət üzərindən məlumatlandırılır. TƏMİNAT VƏ ZƏMANƏTLƏR 5.1. Lisenziarın təminatları: 5.1.1. Müqaviləni imzalamaq və onun şərtlərini yerinə yetirmək üçün hüquq və səlahiyyətlərə tam malikdir; 5.1.2. Müqavilənin icra edilməsinə icazə vermək üçün tələb olunan bütün tədbirləri görmüşdür. 5.2. Lisenziatın təminatları: 5.2.1. Azərbaycan Respublikasının qanunvericiliyin tələblərinə əsasən, Taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün “B” və ya “BE” kateqoriyaları üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsinə malikdir; 5.2.2. Ən azı 21 yaşı var; 5.2.3. İki ildən artıq müddətdə mülkiyyətində, icarəsində və ya istifadəsində olan avtonəqliyyat vasitəsini idarə edir; 5.2.3. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan avtonəqliyyat vasitəsini idarə etmək üçün hüquqlara malikdir; 5.2.4. Sərnişin və yük daşıma xidmətləri həyata keçirəcəyi avtonəqliyyat vasitəsi İstifadəçilər üçün yararlıdır və saz vəziyyətdədir; 5.2.5. Xidmət olunan avtomobillərin, aqreqat, mexanizm və cihazlarının təyinatını, quruluşunu, işləmə prinsipi və nasazlıqların əlamətləri və səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması üsullarını bilir; 5.2.6. Avtomobili idarə edərkən yol hərəkəti qaydalarının pozulması və cərimə meydançasına aparılmış avtomobil üçün müvafiq cərimələri ödəyir. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ 6.1. Tərəflər Müqavilə və tətbiq edilən qanunvericilik çərçivəsində nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirilməməsi və ya qeyri-müvafiq şəkildə yerinə yetirilməsi üçün məsuliyyət daşıyırlar. 6.2. Lisenziar İstifadəçinin Sorğusuna əsasən Partnyorun həyata keçirdiyi sərnişinlərin və yükün daşınması xidmətləri üçün məsuliyyət daşımır. 6.3. Partnyor tərəfindən Sorğunun icrası Lisenziara qarşı hər hansı dövlət orqanları və/yaxud üçüncü tərəflər (o cümlədən İstifadəçilər) tərəfindən irəli sürülən şikayət, məhkəmə işi və/yaxud cərimə sanksiyalarının ödənilməsi haqqında sərəncamlara səbəb olarsa, Partnyor Lisenziarın belə şikayətləri, məhkəmə qərarları icra edilməsinə kömək etmək və Lisenziarın Tapşırıq nəticəsində üçüncü tərəflərin hüquqlarının və/yaxud qüvvədə olan qanunvericiliyin pozulması ilə əlaqədar belə şikayətlər, məhkəmə qərarları və bu kimi digər sərəncamlara görə məruz qaldığı itkilərini (o cümlədən hüquqi xərclər, cərimələrin ödənilməsi üçün xərclər) qarşılamaq üçün İstifadəçilərin verdiyi Təsdiq edilmiş Sorğuların yerinə yetirilməsi ilə əlaqədar bütün tələb edilən məlumatları Lisenziarın tələbi əsasında Lisenziara təqdim etməyi üzərinə götürür. 6.4. Lisenziar avadanlığın, proqram dəstəyinin əvəzlənməsi ilə və ya Xidmətin texniki vasitələrinin işləmək qabiliyyətinin saxlanılması və inkişafı zərurəti ilə yaranan digər reqlament işlərinin aparılması ilə bağlı Sorğuların tam və ya qismən dayandırılmasına görə məsuliyyət daşımır. 6.5. Lisenziar Xidmətə məxsus olmayan proqram dəstəyində və ya avadanlıqda xətalar baş verdiyi zaman baş verən Partnyorun Sorğuya daxil olma imkanında yarana biləcək fasilələrə görə məsuliyyət daşımır. 6.6. Lisenziar Partnyor tərəfindən Sorğuların icrası nəticəsində yaranan birbaşa itkilərinə, əldən çıxmış faydaya görə məsuliyyət daşımır; 6.7. Partnyorun məsuliyyəti: 6.7.1. Partnyor həyata keçirdiyi sərnişinlərin və yükün daşınması xidmətlərinin Lisenziarın təsdiq etdiyi 189 Taxi® əmtəə nişanına aid sərnişin və yükdaşıma xidmətləri standartlarına yerinə yetirilməməsinə və bununla bağlı yaranmış istənilən zərərə görə İstifadəçi qarşısında müstəqil şəkildə məsuliyyət daşıyır. 6.7.2.

Şərtlərlə tanış oldum